Son Xəbərlər
Oxunub : 263 | Tarix : 09:38 | Bölmə: gundem, hadise

Göygöldə avtomobil dərəyə aşıb
MƏHƏBBƏT ALLAHVERDİYEV AZTURK.TV Göygöldə bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Azturk.tv-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Toğanalı avtomobil yolunun yeni Zod kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sərnişin, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Şahin Həşimov xəsarət alıb. O, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ş. Həşimovun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər