Son Xəbərlər
Oxunub : 199 | Tarix : 05:40 | Bölmə: gundem, hadise

Gəncədə maşın maneəyə çırpılıb, xəsarət alan var  Böyüt
MƏHƏBBƏT ALLAHVERDİYEV AZTURK.TV Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. “Volkswagen Passat” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşın yolun kənarında olan maneəyə çırpılıb. Qəza zamanı maşında olan 1994-cü il təvəllüdlü Yusifov Qəzənfər müxtəlif bədən xəsarətləri alaraq, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Oxşar xəbərlər