Son Xəbərlər
Oxunub : 111 | Tarix : 06:42 | Bölmə: gundem, tedbirler

ARDNF-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib

BƏSDİ VƏLİYEVA AZTURK.TV
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbir keçirilib.



Fonddan “APA-Economics”ə verilən məlumata görə, tədbirdə ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümov, tarix elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun "Qafqaz tarixi" şöbəsinin müdiri İradə Bağırova iştirak edib.



Tədbiri giriş sözü ilə açan ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümov Azərbaycan Xalq Cümhuriyyətinin bütün müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlət olmasını qeyd edib, Xalq Cümhuriyyətinin müasir Azərbaycanın dövlətçilik və ictimai-siyasi tarixində rolu barədə tədbir iştirakçılarına məlumat verib.



İcraçı direktor bildirib ki, XX əsrdə ikinci dəfə müstəqilliyini elan etdikdən sonra Azərbaycan dövləti özünü Cümhuriyyət ideyalarının davamçısı və onun sələfi elan edib: “Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul edilən üçrəngli bayraq sonralar müstəqil Azərbaycanın dövlət bayrağı kimi təsdiqləndi. Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması bir daha ölkə rəhbərinin tariximizə, keçmişimizə və dövlətçilik prinsiplərinə yüksək sadiqliyinin göstəriciləridir”.



Daha sonra tədbirdə çıxış edən İradə Bağırova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi, həmin dövrdə mövcud vəziyyət, “İstiqlal Bəyannaməsi”nin qəbul edilməsi və Cümhuriyyətin süqutu ilə bağlı maraqlı mühazirə ilə çıxış edib.



Mühazirənin sonunda İ. Bağırova tədbir iştirakçılarının suallarını cavablandırıb.



Tədbirin sonunda Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın prodüsserliyi ilə çəkilən və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filmi nümayiş olunub.

Oxşar xəbərlər